دکتر توحید ملک زاده دیلمقانی

وب سایت رسمی
بایگانی

tohidmelikzade@yahoo.com

 

 

Yirminci əsrin başlarından etibarən ortadoğu siyasi qutublarinda dərin səyasi, ictimaii və kültürəl çalxantıların baş verməsilə bu coğrafiyada yaşayan xalqlarin taleləri də dəyişməyə başladı. Bu xalqların Yeni düşüncələr axımında yüksələn harayları zincir kimi xalqdan xalqa dolaşıb azadlıq nəğmələrini bir birnlərinə çatdırmaya başardılar.1905 dən etibarən Rusyada baş verən azadliq hərəkatı bu azadliq hərəkatın başlanışı sayılır. Daha sonra Qacar və Osmnlılara sıçrayan bu azadlıq hərəkat, hakim gücün sınırsız quvvələrinə sınır gətirib məmləkəti idarə etməkdə xalqin da iştirak etməsi istiqamətində hərəkət etdi.

Azərbaycan isə Rusya və Osmnlıyla qonşu olduğu üçün bu siyasi və ictimaii çalxantılardan kənarda qalmadı. Bakı-Tiflis və Osmnlıyla sıx elaqede olan cənublu elit və tacir təbəqə sırayla o məmləkətlərdən  sosyalist və Türkçü İttihad-Tərəqqi cəmiyəti fikrini Azerbaycanlılara getirdilər.

 

Osmnlıda Azərbaycanlıların iskanı tarixi  və Saadət əncüməni

 

Osmnlıda Azərbaycanlıların iskanı və orada yaşamaları çox eskiyə gayıdir.16. əsrin başlarından etibarən sultan Səlim tərəfindən Təbrizin işğalı nəticəsində bir çox Azərbaycanlı sənətkar Osmnlıya köçürüldü. Daha sonra Qacar- Osmnlı əlaqələri yaxşılaşınca ticarəti çox sevən və onula maraqlanan  Azərbaycanlılar qərb dərvazası sayılan İstanbula gəlib çatdılar. 1900 lara gəlincə İstanbulda yaşayan Azərbaycanlıların nufus sayısı on mini aşmışdı[2]. Bu Azərbaycanlılar, ticarətlə birlikdə Azərbaycanın vəziyətilə də maraqlanırdılar. O zamanlar, Azəebaycanlılar Osmnlıda baş verən siyasi azadliqlaradan yararlanaraq Qacar memaleke mehrusesi və ana yurdları  Azərbaycanla bağlı, iclaslar da keçirirdilər. Zaman irəlilədəkce onlar, faaliyətlərini düzənləmək üçün Osmnlıda fikirdaşlarını bir yerə yığaraq ocaqlar qurub ana vətənlərinə xidmətden heç nə əsirgəmədilər.

İstanbulda yaşayan Azərbaycanlıların qurduğu ocaq " Saadət Encüməni " adlanırdı. Qaynaqlara görə bu əncümənin qadınlar şöbəsi də faaliyət edirdi[3]. Çox sistematik çalışan bu əncümənlər Azərbaycanın sıxıntılı günlərində xalqımızın pis vəziyətini dünya medyasına çatdırmaya müvəffəq oldular[4]. Saadət əncüməni özünü Avropada Azərbaycan Əyalət əncümən nümayəndəsi eləcədə münhəl olmuş İran Parlemantosu olaraq aparırdı. Bilindiyi  kimi Theranda parlemanın topa bağlanıldığından sonra Azərbaycan Əyalət Əncüməni  özünü geşici "Azərbaycan dövləti" olaraq elan etmişdir[5]. Bu Əncümənin faaliyətlərilə İstanbulda Azərbaycanlılar üçün mali kampaniyalar da  tərtib verildi və ələ gələn gəlirlər Təbrizə göndərildi[6]. Qeyd etmək lazimdir ki İran içindən yalnız Ərəb lideri Şeyx Xəzəl Azərbaycanlılara maddi  kömək etmişdir[7].

 

 Sonralar Azərbaycan vəziyəti gərginləşəncə Saadət əncümənini yeni düzənə salmaq amacıyla Nəcəf alimləri Azərbaycanlı Hac Şeyx Əsədullah Mamağanini Saadət əncüməninə sədr olaraq göndərdilər[8]. O 26 şəvval 1326   ( 21 kasım 1908                 ) İstanbula gəlib çatdı.

 

Saadət əncüməni və İttihad-Tərəqqi Cəmiyətilə əməkdaşlıqları

 

Saadət əncüməni Osmnlıda daha sonra iqtidara gələn ama o zaman gizlicə  faaliyət edən Türkçü və müasirləşməni hədəfləyən  İttihad-Tərəqqi Cəmiyətilə də yaxından əlaqə saxlamışdı. Bu isə Osmnlı ziyalılarının Osmnlı xaricində yaşayan Türklərin fərq etdiklərindən meydana gəlmişdir[9]. Daha öncə Azərbaycanlıları  Əcəm xitab edən Osmnlı ziyalıları bu səfər Azərbaycanlıları "Türk qardaş"larımız olaraq xitab edirdilər. Bu isti münasibət isə iki qardaş  xalqın daha yaxınlaşmasına səbəb oldu. Nətice de Osmnlı İttihad-Tərəqqi Cəmiyəti Azərbaycanda baş verən hadisələrlə daha artıq maraqlanmaya başladı. 1 şəban 1325 ( 9 Eylul 1907 )  Təbrizdə çap olan ƏNCÜMƏN gazeti bu cəmiyətin Azərbaycan xalq hərəkatına dayir  müsbət  münasibətlərini  və  hətta  himayə  bəyaniyyəsini  nəşr  etdi[10]. Daha sonra bu cəmiyyet Səttarxan və sayir mucahidlərə iftixar medaliyası göndərdi. Bu iş Rusları narahat etmişdi[11]. Sənpeterzburgdan gələn bir məktuba görə Rusla iddia etmişlər ki İttihadçılar Azərbaycanlıları Rus əleyhinə təhrik etməyə məşguldurlar[12]. Rusaların şiddətli etirazı nəticəsində Osmnlı dövləti İttihadçıların Azərbaycanda hər cür müdaxiləsini rədd etdi. Osmnlıların 26 novambr 1908 də rəsmi açıxladığı bəyaniyyədə Səttarxana göndərilən medalyaları Saadət Əncüməni tərəfindən göndərilməsini bildirdi[13]. Bu isə bu iki quruluşun sıx əlaqələrindən danışırdı.

 İstanbulda Saadət Əncüməni İttihadçılarla birlikdə istibdada xeyir demek amacıyla İran səfirliyi qarşısında nümayiş və mitinglər  də keçirdilər[14].

İttihadçıların yardımıyla İstanbulda çap olan SABAH gazetesi Azərbaycan hərəkatindan davamlı yazılar yazaraq Təbriz garətzədələrə kömək kampaniyası tərtib etmişdi . Azərbaycan əncümən organı sayılan Əncümən isə xalqın psixolojisini yüksətmək üçün bu xəbərləri davamlı çap etməklə məşguluydu[15].

 

Azərbaycanlı Səid Salmasi və İttihad-Tərəqqi cəmiyəti

 

1907 lərdən etibarən Osmanlılar  Qacarlarla sınır anlaşmaması nəticəsində Azərbaycanın qərb məntəqələrini işgal edilmişdir. Yayqın bir fikirə gürə Qacar və Osmnlı sultanları Azərbaycanlıları azadlıqdan vaz geçmələri üçün təzyiq altda qoymaq fikrindəydilər[16]. Gizlicə faaliyət edən İttihad-Tərəqqi cəmiyəti Parisdən yayımladığı bir bəyaniyyədə Osmnlı dövlətinin Azərbaycanı işgal etmesindən öz narahatlığını bildirmişdi[17].

Sərhəddi işgal edən Osmnlı ordusu içində təsadüfi olaraq İttihadçıların üst düzeydə zabitləri o cümlədən Ənvər Paşanın Əmisi Xəlil Paşa da varidi. Beləliklə o Azərbaycan vəziyətinə yaxından tanış idi.  Xəlil paşayla six əlaqədə olan Azərbaycanlı şəxis Mirza Səid Salmasi idi [18].

Bakı, Təbriz, İstanbul üçgənində faaliyyət edən  Mirza Səid Salmasi         Cənubı Azərbaycanın Slmas şəhərində anadan olmuşdur. Varlı bir ailənin uşağı olan Ağabala daha sonra Səid adını seçmişdir.  Gənc çağlarında Bakı, Tiflis, İstanbul  və Rusyaya səfər etmişdir. Bu səfərlərdə azadliq nəğmələrini dərindən hiss etmiş və bir inqilabçı kimi vətənə dönmüşdür. 19 yaşında rəsmən İttihad-Tərəqqi cəmiyəti üzvü olmuşdur[19]. Səid Salmasinin xahişincə İttihadçıların tanınmış üzvü Ömər Naci bəy Fransadan Salmasa gəlmişdir. Naci Bəy  Salmaslı ziyalılarla birlikdə Salmasın ilk modern və ana dilini də təlim verən  məktəbini açmış müdürlüyünu qəbul etmişdir. Mirza Səidin Azərbaycana etdiyi xidmətləri üçün bu məktəbin adı Salmas ziyalıları tərəfindən  SƏİDİYYƏ qoyuldu. Səidiyyə məktəbi Salamasda mədəniyətin inkişafında önəmli rolu olmuştur. İttihad-Tərəqqi cəmiyəti Ömər Nacinin Azərbaycanda etdiyi müsbət faaliyətlərdən bu məktubla sevincini bildirmişdir :

"Uzun mektubunuz vasil oldu.Verilen hevadisler bizi memnun etti. Naci beyin medreseye müdür olması münasibatımızın tevessüüne , oradaki rabitanın takviyesine hizmet edeceğini ümid ederiz[20] ".

 Mirza Səid xan  istibdad başlanandan bir ay sonra İstanbula getdi. İstanbulda azadlıq havası əsdiyi üçün orası Azərbaycanlıların siyasi faaliyətlərinə uygun bir yerə çevrilmişti. Orada hər gün Bəyoğlu məhlləsində siyasi mitinglər keçirilirdi. Mirza Səid isə bu mitinglərdə Azərbaycanlıların nümayəndəsi olaraq iştirak edib nütq edərdi. O bu iclaslarda özünü Azərbaycanlı kimi aparıb Azərbaycan Türkçəsilə danışardı[21] . İrandan gələn başqa xalqlar da öz ana dillərində nütq edirdilər.

Mirza Səid  faaliyətlərilə İttihadçıların tanınmış şəxsiyyətlərindən Xəlil paşa, Yakup cemil, Mustafa Necip, Ömər Naci başçılığıyla toplam 30 nəfər İstanbuldan Azərbaycana getmek üçün ,  Trabzona oradan da Ərzruma getdilər. Xəlil paşa Azərbaycana  daxil olmadan Doğu Bayazıtda yaşayan Elat liderlərinin əməkdaşlıqlarını qazanmaq üçün o tərəflərə getdi. Qalanlar isə Vana getdilər. Nəhayətmüzakirələrdən sonra  Xəlil paşada onlara qatılıb birlikdə Salmas mahalı mərkəzi Dilmana varid oldular[22]. Dilmanda mücahidlər tərərfindən qarşilandılar. Salmasda silahın az olmasina görə Ömər Naci silah və fişəng getirme üçün  təkrar Vana göndərildi. İttihadçılar iki gün Salmasda qaldiqdan sonra 1909 Fevralın sonları istibdad və azadlıq hududu olan Xoya sarı hərərkət etdilər. Xoy Əhalisi Salmas və İttihadçılardan tertiblənən ordunu çox səmimiyətlə qarşıladılar. Bu ordunu sərkərdələri İlk öncə Xoya yığılan mücahitlərin hərbi məşqlərilə meşgul oldular. Bir neçə gün sonra meşrutəçilərlə, istibdadçılar arasinda ağır savaş başladı. Başqala valisi isə atlılariyla birlikdə bu savaşa qatıldı və nəhayət məşrutəçilər qalib gəldilər. Təəsüf ki gənc Mirza Səid Salmasi 21 yaşında  şəhid oldu. 

Səid Salmsinin şəhadəti Bakı- Təbriz- İstanbul Üçgənini dərin matəmə bürüdü. Onun haqqında onlarca şeir və yazi yazıldı[23]. İstanbulun İttihadçılar tərəfindən fəthi[24] məşrutəçiləri də Tehranı almaya təhrik etdi və bilindiyi kimi neçə ay sonra Tehran isə zəbt edildi. Osmnlı məşrutəçilər tərəfindən İstanbulun zəbti, Azərbaycan mətbuatında da əks oldu.

 

İttihad-Tərəqqi cəmiyyətinin  Azərbaycanda çalışan başqa bir üzvü Qarsli Aydınpaşa və qardaşı İbrahımpaşa idi. Bu iki qardaş xoy və Salmas məntəqələrində faaliyyət edirdilər.1909 fevral ayı Xoy savaşında 100 atliyla iştirak etmişlər[25]

 

İttihad-Tərəqqi cəmiyətinin Azərbaycan uğrunda

Apardığı siyasi  faaliyətləri

 

Təbriz, mərkəzi dövlətə baş əymiyincə şah EYNODDOLƏni Azərbaycana vali olaraq  göndərdi. Onun Təbrizdə törətdiyi cinayətlər tamam hür insanları o cümlədən İttihadçıları da reaksəyaya məcbur etdi. Bu cəmiyət Eynoddoləye göndərdiyi 6 Şaban 1326( 3 Eylul 1908 ) tarixli məktubda ona etirazlarını bildirmiş və Təbrizin muhasirəsindən vaz geçmesini istəmişdir. Məktubun sonunda bu çarpıcı şeir yazılmışdır:

 

Ey sitəmgər olma rağib millətin ifnasına               

             padişəh, sən get gilən biganələr davasına

   müslümün qanı mubah olmaz batırma əllərin 

   olma çox məğrur şahım möhtəkir fətvasına

 otuz il nazın çəkən şəhrə əcəb verdin əvəz 

  xitteye Təbrizi döndərdin bəla səhrasına 

 Səhl sanma, it gilən məzlum qanından xəzər

 qorx o gündən ki qərq olursan səndə qan dəryasına  

 vaxt o vaxt  dur kim sənin həm olsun iqbalın negun

   çünkü zülmün çıxmısan bir zirveye əlasına 

 biz əgər feyze şəhadət dərk edək siz səy edin

 ey bizim övladımız məşrutənin icrasına  

  verdilər fətva mucahid qətlinə al-e-yəzid

  rəsmdür təqlid edər, hər kim, öz mövlasına"

 

Osmnlıda rəsmi olaraq məşrutiyət qəbul olunduqdan sonra Osmnlı səfıri Təbrizdə istibdad mərkəzi sayılan Dəvəçi məhəlləsinə gedib orada inqilab qarşısında duran İslamiyyə əncüməni baıçılarıyla görüşür. O bu görüşdə o əncüməndən  məşrutə qarşısında durmamalarını istəyir[26].

Təbrizin muhasirəsi dəvam edincə Saadət əncüməni 23 sentiyabır1908  də bu ağır vəziyyəti İngilis və Avropa kamo oyuna bildirərərk öz narahatlığını bildirdi[27]. Ruslar Təbrizin muhasirəsini bəhanə edip nihayət Təbriz və Azərbaycanı işgal etdilər. Urmiyə və Təbrizdə məşrutəçilər Osmnlı konsoloslarına sığındılar[28]. Osmnlılar isə Rusların əməllərinə öz etirazlarını bildirdilər[29]. Bir neçə vaxt sonra Osmnlı konsolosuna sığınan Səttarxan və Bağırxan konsolosu tərk edip Tehrana getdilər. Tehranda Atabək parkı hadisəsində Səttarxan yaralanır və bir neçə ay sonra vəfat edir. Onun vəfatına İttihadçılar və Saadət əncüməni İstanbulda bir yas mərasimi keçirir. İstanbulun Validə məçidində keçirilın bu mərasime Osmnlı dövlət Ərkanından bir çox adam qatıldı.Yas mərasimin Rəsmi elanı da İstanbul gəzetələrində yayınlandı[30]. Rusların işgalı dəvam edincə yüzlər Azərbaycanlı məmləkəti tərk edib Salmas yoluyla Osmnlıya sığındılar[31]. Bu Azərbaycanlıların talehləri fərqli oldu. Bir qısmı Balkan savaşlarına qatılib şəhid oldular bir qısmı isə  Birinci dünya hərbinə qatılıb Çanakkala savaşında şəhid oldular və qalanı isə ya Avropaya gedib orada yeni siyasi yol tapdılar bir neçəsi də Osmnlılarla təkrar Azərbaycana gəlib Rus işgalçılarla mubarizə aparmaya məşgul oldular.

 

 

İttihad-Tərəqqi cəmiyətinin Azərbaycan uğrunda

Apardığı  kültürəl  faaliyətləri

 

Osmnlıların Azərbaycan məşrutə inqılabına köməklərinin  başqa  cəhəti də sənət yoluyla xalqın məşrutəyə marağını qazandırmaq olmuşdur. Bu işlərdən birisi tiyatro qurubların Azərbaycan və Tehrana göndərmesi idi. Gərçi Bkl və Tiflisdən gələn sənət gurubları Osmnlılardan daha aktiv görünürdü[32] ama Osmnlılar Namiq Kamalın Zavallı çocukaldanmış adaxlı adlı piyeslərini mükərrər olaraq numayişə qoymaya müvəffəq oldular. Namiq Kemlın meşhur numayişi VƏTƏN yaxud SİLİSTƏRƏ də Tehranda Laləzar xiyavanında olan tiyatrolarda   numayişə qoyulmuşdur[33]. Bu piyeslər H.Məlikzadə Təbrizi daha sonra Həsən xan Ərfə adını alan  tərəfindən tərcümə olmuşdur.

 Namiq Kamalın şeirləri də xalqın dilindəydi[34]:

Amalımız əfkarımız iqbal-i vətəndir

Sərhəddimizə qəl"ə bizim xak-i vətəndir

Dəva günü yeksər görünən qanlı kəfəndir

İranlılarux can verərux nam alarux biz

Davadə şəhadətlə hamı kam alarux biz

 

Göründüyü kimi bu şeirdə Osmnlılarux yerinə İranlılarux yazılmışdır.

Osmnlıların Azərbaycan məşrutə inqilabına yardımları İstanbulda nümayişə qoyulan tiyatrolarla da dəvam edirdi[35].Əşrəf adlı şair də öz şeirlərilə Azərbaycan məırutiyyət inqılabına yardım edirdi.Bu məcmuə İstanbulda çap oldu. Şübhəsiz bu kampaniyalar Saadət əncüməni və İttihad-Tərəqqi cəmiyyəti tərəfindən bərpa olmuşdur.

 

Nəticə:

İitihad -Tərəqqi cəmiyətinin 1905 lərdən başlanan Azərbaycan aktiv siyasəti regyonda Türkçülük tefekkürünun artışına sebeb oldu. Bu artış nəticəsində Azərbaycanın gərçək Türk kimliyi ortaya qoyulmuşdur. Birinci Dünya Hərbində İttihatçıların yönətimində Osmnlı dövləti Azərbaycana daxil oldu. Bu səfər Məşrutiyyət inqilabında ələ gələn təcübələr faydalı oldu. Muasir Azərbaycan siyasi tablosunda adı çox az bilinən Türkçü İttihad-e İslam təfəkkürü ortay gəldi. İttihad-e İslamçıların çabalarıyla Azərbaycan da Türkcə gazetələr və məktəblər açıldı.  1925 ə qədər Azərbaycanlıların səmpatisini qazanan bu düşüncə tərzi, Azərbaycanın Türk sistemli olduğunu qəbul edirdi və onun dəvam etməsini istirdi.1925 də Türk Qacar dövləti aradan getmesi və Pəhləvi fars sisteminin ortya resmən gəlişilə bu təfəkkür tərzi ortadan qaldırıldı. Bu movzuun detaylı analizini sonra ki məqlələrə bıraxırıq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 - urmiyə azad üniversitesi 1

[2]  تقی زاده . سید حسن . تاریخ انقلاب مشروطیت ایران .انتشارات فردوس تهران 1379 ص: 222 sasani Azərbaycanlıların nufusunu 16000 nəfər qeyd edir.   خان ملک ساسانی . یادبودهای سفارت استانبول . انتشارات بابک 1354 تهران ص: 94

 -[3]آفاری، زانت ،  انجمن های نیمه سری زنان در نهضت مشروطیت، ترجمه دکتر جواد یوسفیان، تهران 1377 ص،: 25

[4]-  روزنامه ناله ملت . نمره 39 . 20 محرم 1327. ص: 4

[5] -آبراهامیان | یرواند . ایران بین دو انقلاب ، ترجمه احمد گل محمدی و محمد ابراهیم فتاحی ، نشر نی تهران 1377 ص: 123

[6]- امیر خیزی، اسماعیل ، قیام آذربایجان و ستار خان ،اتشارات اگاه تهران 1379 ص: 192

-[7]  کسروی، ص: 796

   [8]  -  Eyni qaynaq      194                                                                                                                                                                                                                                                                                                                                                                                                              

  [9] -  Swietochowski ; Tadeusz ; Müslüman cemaetten Ulusal kımlığe Rus Azerbaycanı ( 1905- 1920 ) İstanbul 1988 s; 103    

-[10]  انجمن ، سای 131 ، اول شعبان 1325 و ناله ملت گونده لیگی سای  19-2 رمضان 1326 ص:3

[11]- معاصر، حسن،  تاریخ استقرار مشروطیت در ایران مستخرجه از روی اسناد وزارت امور خارجه انگلستان ،تهران 1346

 ص: 910

[12] - Eyni qaynaq    s,906                                                                                                                               

                                                                                                                                

                                     6-  Eynı qaynaq   s: 912                                                                                                                              

 

[14] -Eyni qaynaq      s.773            

[15]- انجمن، سای 35، 20 ذی الحجه 1326، ص، 4  و امیر خیزی ص : 285 

[16]- انزلی ، حسن، اورمیه در گذر زمان ، اورمیه 1378 ، ص: 183 و کسروی ص: 427

[17]- کسروی  : ص:478

[18]- ملک زاده دیلمقانی، توحید ، سلماس در سیر تاریخ آذربایجان ، سلماس 1378 ص: 227

                  [19]Tevetoğlu .Fethi. Ömer  Naci  .   Istanbul 1992    s:  89                                                                                                                                 

Tevetoğlu . s:  99  -1

  -  [21] دولت آبادی، یحیی ، حیات یحیی ، ج 3، ص: 38

3- Halil Kut, Bitmeyen savaş , istanbul 1972     s:59   

[23]     ملک زاده، ص: 243

 -Akşin; Sina ; Jön Türkler ve ııtıat ve Terakki ; İstanbul 1987 ; s: 134  2  

[25] اردوبادی، محمد سعید، دومانلی تبریز ،چاپ دوم 1364 تهران ،ص: 39

-[26]  ویجویه، حاجی محمد باقر ، تاریخ انقلاب آذربایجان و بلوای تبریز ، به کوشش علی کاتبی ، چاپ سوم  تهران 2535 ص: 65

[27]    معاصر، ص: 821

[28]    کاویانپور، احمد، تاریخ اورمیه ، اورمیه 1378 ص: 258 و امیرخیزی ص: 338

   -Ağaoğlu, Əhməd, İran İnkılabı  ,  İstanbl?   Akşam matbeesi  s, 26   4

[30]     ص: 518 ،امیرخیزی    

[31]  براون، ادوارد ، نامه هایی از تبریز ، ترجمه حسن جوادی ، تهران 1363 ص: 154

[32]رسول زاده ، م.ا. گزارشهایی از انقلاب مشروطیت در ایران ، ترجمه: رحیم رئیس نیا  چاپ اول، تهران 1377 ص: 98

şimali Azərbaycandan gələn tiyatro gurubları şəhid ailələrinə yardım etmək üçün Türkcə- Rusca olaraq sultan məcid Qənizadənin Dursun Ali və ballı badı adlı numayişlərini icra etmişlər .                              

[33]  آذین پور، ادبیات نمایشی در ایران ، جلد دو ص: 50

 

[34]    کسروی ،  ص: 216 

 

  -Elan mətni belə dir:3 

 آذربایجان قومپانیه سی ایله            عثمان لی درام قومپانیه سی طرفیند ن

                     مسامره فوق العاده

  شیمدی یه قده ر هیچ کورولمه دک بیر صورتده یکی بیر طرزده

                    ایران انقلاب کبیری

ممثل شهیر  صفا بک             عصمت فخری بیک

 ( اسناد روابط  ایران و عثمانی ج 7، ص: 347 )

۹۴/۱۱/۰۶
توحید ملک زاده دیلمقانی