دکتر توحید ملک زاده دیلمقانی

وب سایت رسمی
بایگانی

Azərbaycan'da Urartu zamanına ayid abidələrlə əlaqəli əfsanələr və inanclar

چهارشنبه, ۷ بهمن ۱۳۹۴، ۱۰:۵۸ ب.ظ

Azərbaycan'da miladdan öncə yaşayan və hükümət quran prototürk Urartuların, hakimiyyətde olduqları müddet ərzində bəşəriyyətə çoxlu xidmətləri olmuşdur. Onlar ilk dəfə süni suvarma arxı ; kəhriz sistemini, geniş çaplı dəmirçiliyi, müəzzəm malatsız qala tikmə metodunu və son olaraq dağ-daş və təbiətdən faydalanıb xalqın xidmətinə gətirmyi icad edib dünyaya təqdim etmişlər. Azerbaycan ərazisində yaşayan Urartu'ların ayrı ve mühüm izlərindən birisi Azərbaycan'da daş duvarlı nəhəng qalalar, tapınaqlar ve daş əsərlərin yönub inşa etməsi olmuşdur. Bu əsərlərin bir çoxu hələ də Azərbaycan'ın dörd bucağında özəlliklə Azərbaycan'ın qərb məntəqələrində dim dik durur və həyatına dəvam edir.

Makı, Salmas, Urmiyə'də Urartu'ların inşa etdikləri qalalar, qazdığı ibadətgahlar və daş işlərilə- binalarla doludur. Makıda yerləşən Dambat tapınaq yeri indilik Fərhad damı olarak adlanır. Makı'da Ferhad damı bir Urartu abidəsidir. Maraqlıdır Urmiyə şəhərində də daş abidələrlə əlaqəli hər bir abidə Fərhada nisbət verilir. Əslində Azərbaycan'da qazılan bütün daş işləri Fərhad'a ya da bir qıza nisbət verilir. Azerbaycan'da xususilə Salmas'da olan Urartu abidələri hem folklor-nağıl baxımından həm də memarlıq baxımından taysız bir məntəqədir. Daş qalalarla əlaqədar nağıllar bunlardır:

1. Salmas'da Qarnı yarıq qalası yaxud üç qardaşlar dağı

2. Salmas'da Hödər qalası yaxud oğlan qalası- qız qalası

3. Makı'da Fərhad damı

4. Urmiyə'də Fərhad daşı

5. Urmiyə'də qız qalası

 

İndi isə Azərbaycan'da Urartu zamanına ayid abidələrlə əlaqəli əfsanələr və inanclar:

 

 

1. Salmas'da Qarnı yarıq qalası yaxud Üç Qardaşlar

 

Salmas'ın təqribən 15 km cənubqərbində böyük bir dağ var ki bu dağa xalq Qarnı yarıq yaxud üç qardaşlar deyirlər. Xalq belə inanır ki günlərin bir gününde üç qardaş varıydı. Bu üç qardaş qəzadan bir qıza vurulmuşlar. O üç qardaş eşqlərini o qıza bildirirlər . Qız o üç qardaşdan ən balaca qardaşı sevirdi ama o bir qardaşlara da həyadan rəd cavabı vermek də istəmirdi. O qardaşları başından açmaq üçün onlara belə təklif edir ki bəlli bir zamanda bir böyük dağı ( indiki Qarnı yarıq dağı ) yarsınlar. Qız qardaşlardan hər birisi tezraq dağı qaza qaza zirvəyə yetişsə o adamla evlənəcəyinə söz verdi. Qardaşlar səhər tezdən işə başladılar , qan tər içində irəli getdilər məyərsə qız dağın başına çıxıb və sevdiyi oğlanın bölümünü qazmaya başlamışdı. Günlər; aylar geçdi və nəhayit qardaşlar zirvəyə yaxınlaşdılar. Qız da tələsik sevdiyi oğlanın tərəfini qazırdı. Nəhayət ikisi bir birlərinə qavuşdular. Ama qavuşmaları an o qızın sonu oldu. Çünkü qız yorgun və yaralı bir vəziyətdəydi. Qızın oğlana yetişməsi ilə ölümü bir oldu. İndi də bu dağda bu üç qardaşın adına üç yarıq var ama bu yarıqlardan sadəcə biri başa yetişibdi. O yarıq da o qızın zəhmətlərilə başa gəlmişdir.

 

Salmas xalqının inancına görə bu yarıqlar bu üç oğlanın qəbirləridir. Xalq bu yarıq və dəxmələrə görə heç Fərhad'dan bəhs etmirlər. Bu dağın yarıqlarına Urartu

zamanına aid dəxmələr və tapınaq yerləri vardır. Səfəvi zamanında bu dağın zirvəsində Qarnı yarıq qalası Salmas'ın ən məşhur qalalarından biriydi. Hər hansı şah vəya devlət  ona əl tapsaydı Salmas çölü onun olardı.

 

 

2.Salmas'da Hödər qalası yaxud oğlan qalası və qız qalası

Salmas'ın 20 km şumalında Hödər kəndi yanında 2 qala vardır. Birisi Koroğlu qalası yaxud qız qalası və o birisi oğlan qalası. Bu dəxmələr Urartu zamanına aid dəxmələr və qalalardırlar. Rəvayətlərə görə koroğlu  xanımlarını burada saxlarmış bu səbəbə görə bu qalaya Koroğlu qalası diyərlər. Salamas'ın başqa abidələrinə tay bu dəxmələrlə əlaqədar Fərhad'dan həç bəhs olmaz.

 

3.Makı'da Fərhad damı

Makı'ın 15 km şumalında yerləşən bu Urartu dəxməsi xalq tərəfindən Dambat yaxud Fərhad damı olaraq tanınır. Xalqın arasında bu abidəyə görə belə bir nağıl vardır ki: məşhur Fərhad, Şirin adlı qızı severmiş . Fərhad ile Şirin evənməyə qərar vermişlər. Ferhad'da  bu qıza və umumən qamaqlarına bir dam tikmək fikrindəydi. Bu dağı seçir və onu qazmaya başlayır. Aylar, günlər geçir İş qurtulan zaman  ölür və Şirin'ə qavuşanmır.

 

 

 

4.Urmiyə'də Fərhad daşı

Urmiyə'də olan bu abidə Xurrəmava kəndində yerləşməktədir. Xalq bu abidələrin qazılmasını Fərhad'a nisbət verirlər. Fəqət onu bir qıza nisbət verirlər.

 

5.Urmiyə'də qız qalası

Urmiyə'nin Ənzəl mahalının Kərimava kəndində yerləşmişdir. Bu qalanın adı haqqında kendçilərin heç bir fikiri olmamışdır.

 

 

 

 

 

Nəticə

Azərbaycan'ın qərb məntəqələrində hükümət edən Urartuların 3000 il bundan əvvəldən qalmış əsərləri hələ də durur. Xalqımzın Urartu hakimiyəini unutmalarına görə bu abidələrin kim əliylə tikilməsini da unutmuşlar. Nəticə olaraq bu abidələrin tikilməsiylə əlaqədar nağıllar və əfsanələr yaratmışlar. Bu əfsanələr umumən Fərhad'ın məşhur qaya yarma nağılıyla əlaqədardır. Bəzi yerlərdə də bu abidələri əski Türk inancına dayalı qız qalası olaraq tanımışlar. Məsələn Miyana şəhərində olan qız qalası və qız körpüsü. Qız qalası deməkləri xalqımızın fikirincə çətin və əl tapılmayan şeyin simgəsi və səmboludur. Xalqımız bu qalalar və abidələrin adını qız qoymaqla onların zor ələ gəçməsini anlatmaq istirdilər. Bu qız qalaların ən hündür yerlərdə tikilməsi eləcədə hərbi baxımından mühüm olması bu fikiri subut edir.

 

 

Qaynaqlar

Məlikzadə, Tohid, Salmas və Azərbaycan'ın qərb məntəqəsinin on min illik tarixi, Təbriz, 2006

Kavyanpur, Əhməd, Urmiyə Tarixi, Tehran, 2000

 

 

 

 



[1] tohidmelikzade@yahoo.com

0098 914 446 9810

 

۹۴/۱۱/۰۷
توحید ملک زاده دیلمقانی