دکتر توحید ملک زاده دیلمقانی

وب سایت رسمی
بایگانی

xırıstıyan Azerbaycanlıların folklorumuzdaki yerləri: Salmaslı qul Hartun

چهارشنبه, ۷ بهمن ۱۳۹۴، ۱۰:۵۷ ب.ظ

Yüz illərdir ki Azəraycanda müsəlmanlarla birlikdə xırıstıyanlar da  yaşamaktalar. Bu xalqların yerli olub olmalarına dayir yüzlərcə məqalə və yazı yazılmışdır. Yerli olmadıqlarını hesab edən şəxslər bu adamların Azərbaycanın eşiyindən və baıqa ölkələrdeən daxilə gəlmələrini söyləyirlər. Azərbaycanlı hətta Türk əsilli olduqlarını duşunənlər yavaş yavaş onların kimliklərinı arşdırırlar.

Araşdırmalarımız göstərirə ki tarixi Azərbaycanın cənub hissəsində (indiki  İran ) ərazisində yaşayan Türklərin bir çoxu Türk kökənli ancaq xırıstıyan Gregoryan inançlı Türkler olmuşdur. Bu tədqiqat həm elmi həmdə tarixi və ictimayi araşdırmalar nəticəsində ortaya çıxmışdır. İslamiyətdən qabaq xalqımızın bir qısmının xırıstıyan dininə inansa da yüz illər zərfində bu Gregoryan inanclı Türklər öz qonşu olduqlraı Erməni Gregoryanlarla qaynaşmaya başlayıp bəzən Erməniləşmişlər. Onların Erməniləşmələri 19 əsrin əvvəllərinə qədər yəni Azərbaycana Misyonerlərin dini təbliğ üçün gəlmələri zamana qədər dəvam ətti . Misyonərlərin çalışmaları nəticəsində Gregoryan Türklərin kimliği Erməni olarak dəğişdirili. Bu dəyişılməyə baxmayaraq asimilyə olmuş Türklərin əski Türk dəb və sünnətləri misal üçün Aşıq gələnəyi, şerlər, musiqi, yemək tərzləri, aralarında itib batmamaışdır ve bugün Azərbaycanin bər çox yerində bu ortaqliqlara rast gelmək mümkündür.

19. əsrin ən böyük şair və aşıqlarından birisi ələcədə Gərgoryan Türklərindən olan Salmnaslı qul Hartun olmuşdur. Onun salmasda hansı kənddə və hansı tarixdə anadan olması bəlli dəyil. O özünü salmaslı olaraq qəyd ədir:

Adım qul Hartun vətənim Salmas           elimə vətənə xayin dəyiləm

Ama məzar daşının salmasın Sarna kəndində olması şairin bu kənddə anadan olub yaşamasına bir fakt olabilər. Bu gün xalq arası onu görən yaxud şerlərini bilən olmasada Azəbaycanın bütün şairləri xususilə batı Azərbaycan və urmiyə-Salmas məntəqəsi şair və aşıqları onun haqqında hikaylər və şerlər bilirlər. Bizim bu araşdırmamızda bu aşıqların sinələrində olan xatirələr və Qul Hartunun şerlərinin çox mühüm yeri olmuşdur.Qul Hartunun adında gələn qul kəliməsi Azərbaycan aşıq sistəmində çox görünən ləqblərdəndir.

Aşıqlar təsəvvüf irfandan asılı olaraq özlərini kşöşdmək və allah yanında mütəvazi qul kimi görünmək üçün öz lərini Qul. Xəstə, Pir, miskin  və s. Adlayırmışlar.

Qul Hartunda Hurufilik izləri də əlimizə gələn şerlərində görünür:

Oxumuşam dörd kitabı ərəbi Türki Tatar     yirmi səggiz hurufum var əzbərim dildə qatar

Qul Hartun həqiqi mənada arif idi. Onun zahiri dinlə heç əlaqəsi yoxuydu. Əlimizdə olan şerlərində Musəlman- şiəə inanclarına aid şerləri bu idaamızı təsdıq etməktədir. İsalm pəygəmbəri, HZ.Əli, Hz. Hüsəyn, kərbəla şəhidləri Hartunun şerlərində önəmli yer daşımaqdadır.

Hartunun salmas və ətraf kəndlərində həyat hikayələrindən bir az numunələr eldə var. Bu hikayələr Hartunun dünya görüşünü bəyan ətməktədir.

Şerlərində 65 il Salmasda aşıqlıq etməsi qəyd olub:

65 il eldə olmuşam aşıq indən bələ daha olanmam aşıq

Tar oldu gözümdən gördüğüm işiq

Kəsilib taqətdə dizlərim mənim

Çərxi fələk məni getdi zinharə

Göylümü gəminən çəkibdi darə

Salmaslı qul Hartun deyir öləndən sonra

 qorxuram kəcə dönə sözlərim mənim.

Təxminən o 80 il yaşamış və məzar daşına istinadən o Salmasın Sarna kəndində bu dünyaya göz yummuşdu. Hartunun məzar daşında əlində saz olan bir adam həkk olmuşdur. Sazı isə dizə qoyulan salmasda Tanbıraya məşhəur olan bir sazdır. Bu məzarr daşları ölən adamların peşə işlərini izah edən simgələrdir.

Rəvayətlərə görə Hartun ölürkən cənazəsi üç gün yerlədə qalır. Musəlmanlar onu xırıstıyan, xırıstıyanlar isə onu musəlman olaraq həsab ədirdilər. Son olaraq xırıstıyanlar Hartunu xırıstıyan adətlərinə görə quylayırlar. Bu gün onun adamlarından yaxud tanış qohumlarından bir nəfər rast gəlməmişik. Bəlkə birinci dünya savaşı sırasında məntəqədə ciloluq dəyilən Erməni və Asorular tərəfindən  müsəlmənların soyqırımı və xırıstıyanların məntəqedən qaçmaları və ya ölmələri Qul Hartunun xatirelerden çıxmasına səbəb olmuşdur.

İndi isə qul Hartunun şerləri[1]

Əlif allah yaradandı dünyanı

Yeddi təbəqəsi yanar suca tək

Bə bulut altından bir zəmin asman

Xe xudam də asmanda təkatək

Xe xudam xəlq edib səmadə al quşu

Bir də cim cəsəddə yoxdu tay tuşu

He həyatda beş yüz də onun yaşı

Dal ha dal vəxtində gəzər təkatək

Gecə gündüz mən eylərəm ha tərif

Sünniyə şiəyə kəbeye şərif

Rəy səndən  kəçəcək bir neçə huruf

Qaf qadirdi hər zaman də təkatək

Hartun dəyir nə şirin sən ax vətən

Nələt çəkim çuğul çıxsın aradən

Yeri göyü ərşi kürşü yaradan

Tək allahdı hər zaman da təkatək

 

Dad fələk sənin əllərindən gözlərim qan ağladı

Mən ki qan ağlamazdım cismim də can ağladı

Bir tükənməz dərdə düşdüm heç bulunmaz çarələr

Aşkarda ata bilmədim sirri punhan ağladı

İbrahım qırdı bütləri özü yanmadı narə

Əyyub bir dərdə düşmüşdü luqman bulmadı çarə

Yəhya da keçdi sərindən zəkərya düşdü tora

İsa çəkildi çarmixa Ermənistan ağladı

Qom xəlqi yığışdılar həqqi dildən saldılar

Əhli küfə bi həyalər imam üstə gəldilər

Yətmiş iki şühəda cümlə şəhid oldular

 Kəsildi Hüsəynin başı ərşi asman ağladı

Yüz yirmi dört min peygəmbər beşi, ololəzmdi

Pəygəmbəri axirəzzaman o bizə şəfaətdi

Qurulub ərəsate məhşər deyirlər qiyamətdi

Beçara salmaslı Hartun etdi dastan ağladı

 

 

Naşı bağban bağa vardın barıynan işin nədi

Almasın dər heyvasın dər narıynan işin nədi

Şeyda bülbül cəh cəh vurar qızıl gül eşqinə

Sən ki gül alan dəyilsən xarıynan işin nədi

Bir bağa girəbilməsən girib seyran eyləmə

Bir gülü dərə bülməsən dərib xəndan eyləmə

Bir gözəli alanmasan sevib həyran eyləmə

Sən ki yar alan dəyilsən yarınnan işin nə di

Bir məclisə getməginən orada dura bilməsən

Bir göylü yıxmagınan yıxıb hörə bilməsən

Uzun dil qıssa olar cəvab verə bilməsən

Yoxsulsan alçaqdan yeri varıynan işin nədi

Salmaslı Qul Hartun  dəyir yazılar gəldi başa

İçdim pir əlindən qəynədim gəldim coşa

Sən zorun sınamamışdan yapışma ağır daşa

Sən ki avsunkar dəyilsən marıynan işin nədi

 

Bir ağac ki kamil olsa ibtida kökdən qurur

Qənim oğlan nəzər salsa suyu qudrətdən yerir

Şükr olsun xudayə quru ağac bar verir

Meyvəsi insan üçün dı kala mehmanəm bu gün

Dörd kitabı bir bilənlər sidqiylə həqqi tapar

Zərrəcə ağlı olanlar arıdan mərfət tapar

Arı yığar min çiçəyi onnan məcun yapar

Mumu şamdanda yanan bala heyranəm bugün

Bu nəcə bülbüldü gəlir cəm cəsəd yarədi

Bu dünyanın dostları qəlbi qarədi

Leylidən xəbər aldılar məcnun çox biçarədi

Yarın üzünə baxanda xala heyranəm bu gün

Ol biçarə aşıq hartn ah çəkər nalə təpər

Kimisi suyun  qızdırar kimisi sidrin tökər

Uyma çox dünya malinə üç beş arşın bez yetər

Sərin torpağa varanda sala mehmanəm bu gün

Xudam bəndəsinə kəmal verəndə

Nedən bəz adam az aldı getdi

Ustad məhzərinə talib olanlar

İrfan məclisindən söz aldı getdi

Səndən açılar cənnətin dəri

Oynamaqdır gözəllərin hünəri

Cəmalın görsətdi Səlatin pəri

Hüsnün zəkatından göz aldı getdi

Adam vardı bu dünyayə gəlibdi

Adam vardı kökü qazıldı getdi

Payız əzizlərində pozulu bağlar

Köç oley yaylaqlar var oley bağlar

Salmaslı qul Hartun ha deyib ağlar

Çadırın tənabı pozuldu getdi

Göydən iki mələk yendi biri dilli biri lal

Dillinin cəvabını verdim lala bilməm neyləyim

Biri canə qəsd eylədi biri malım istədi

Malımı təqdim eylədim canı bilməm neylayim

Gəvvas olub dərin dərin dəryalərə dalmadım

Saralıban heyva kimi bir ürəkdən solmadım

Mən bir naşı sərraf idim ləl qədrin bilmədim

 Ləli verdim bir nadana alabilməm nəyləyim

ey ilahi gedən yoxdu namə yazım dostuma

Gəcə gündüz sər rəqiblər girib canım qəsdimə

Qussə mənim məndə sazı alıb sinəm üstünə

Ürəyimi qəm bağladı çala bilməm neyləyim

Gəl bəçara aşıq Hartun nə gəzirsən Təbrizi

Qismət olsa el bağında dərərsən gülü nərgizi

İlahidən əmr olunay gələr ömrüm qəbizi

Allaha bir can boşluyam qala bilməm neyləyim

*************************************************************

Adəmdən irəli Nuhdan bəri

Neçə əyyam neçə illər itibdi

Neçə pəygəmbərlər neçə əvliya

Musa kimi İmran dillər itibdi

Hanı Davud oğlu Yusifi Suləyman

Getdi qəhrəmanlar boş qaldı məydan

Məşələr əslanı şirə kərgedən

Rustəm ocağından zallar itibdi

Hanı yəqub oğlu məhbubə səlatin

Aya günə bənzər yusif sifətin

Dəmir tək yətdi

Öz hükümətin

Nadir kimi qəhrəmanlar itibdi

Salmaslı qul Hartun dərin boylama

Dayazda durgunan dərin boylama

Fələyin çərxiynən şərti bağlama

Sənnən də yadə bunalra da düşdü

 

Əlimin dəryasinən üzüb çıxmışam

Dayazıyam hələ  dərin dərin dəyiləm

Ustad həvəngində mən döyülmüşəm

İrisiyəm hələ narın dəyiləm

Ağam badə verib mən də doluyam

Ustadların sağıyam həm soluyam

Şairlərin qulamıyam quluyam

Ayağıyamhələ səri dəyiləm

İriyəm iriy nən düzəm düzünən

Kirpiyəm qaş altda gözüm gözünnən

Vurmamışam vurulmaram sözünənə

Acıyam acıya şirin dəyiləm

Bazarım kəsaddı mətaım almas

Gubarlı göylümü nəcə tutub pas

Adım qul Hartun vətənim salmas

Əlimə vətənə xayin dəyiləm

Bu çərxi dövrandı ha gəlib gəçər

Bir dən yoxsul birdən bar olur göylüm

Bir dən göz əvində dünya dar olur

Gəm möhnət çulquyub dar olur göylüm

Dəm göyüllü lalədi güllə açılı

Dəm saət dəmin xəyallar gəçiri

Dəm göylüm şüşədi sınar puç oldəm ahozar əylə tar olar  göylüm

Dəm qocaldım

Qəd dalım bükülü

Ax didəm yaşı ömrüm söküldü

Dəm əl gəldi məylimə su töküldü

 qul Hartun üstündə dar olur göylüm

gəl dəli göylüm sızıldar canın sənin

özün yətir bir luqmanə bilsin dərmanın sənin

gədiş vurar qərar tutmaz çərxi dovranın sənin

omran dilin bəndə düşər bilməz dəhanın sənin

tavşır həqqin əmanətin  cəsəddə canın sənin

oxumuşam dört kitabı ərəbi ,türki, tatar

yirmi səggiz hurufum var əzbərim dillərdə qatar

pənahımsan pərverdigarım əsrarım eyləmə sətar

cəhənəmin narından əziz bəndəyin qurtar

yətmiş iki millətim var tutar damənin sənin

sən  ki məni xəlq əylədin gözüm yaşı axınır

şəmsi qəmər ərş üzündə bir birinə toxunur

zülmət nurə qalib oldu şəbi tarə yaxınır

göndəribsən dörd kitabı əl içində oxunur

dil cəvabı ərz əylərəm İncil Quranısənin

uyma şəytanın fəlinə babal gəlib qalana

kimlər dəyir kimlər gülər gedib sallanar

yətişəllər həsabına nalən ərşə dayanar

bir gün olar sur çalınar külli məxluq oyanar

gəçərsən polə sıratdən olsa əmalın sənin

əvvəl həqqin dərgahında şəytan oldu şErməndə

sidqi dildən çağıranlar heç vaxt olmaz dərmandə

həqqin min bir adı vardır gəcə- gündüz dillərdə

yığılar küllə məxluqat sual oldu məhşərdə

gəl bəçara aşıq Hartun nəcə olub halin sənin

Bahar fəsli bu gülşanə gələndə

Şəyda bülbül nalə çəkər şəş ha şəş

Ərş üzündə şölə çəkir mahtab

Əlif üstdə bə yazılmış şəş ha şəş

Bəhəşdin qapısın bənzərtdin yazə

Tülək tərlan aşıq olubdur sazə

Bir insan sidqinən dursa namazə

Axır alar mətləbin şəş ha şəş

Allahdan istədiğın movladan diə

Xəlq ədib yaradıb özü şəş ha şəş

Hartun dəyir işim aho zar old

Dərd əlindən qərə bağrım yarıldı

Kəfənim biçildi qəbrim qazıldı

Düöman gülər dostlar ağlar Şəş ha şəş

 

Əlif allah bə bünyadı qılanda

Yaratdı Dünyanı o saət saət

Göylündə bir fikir xəyal əylədi

Xəlq ətdi adəmi o saət saət

Adam varid oldu orda cənnətə

Bir gilə azdilər atdı zülmətə

Günahkar söylədi ta qiyamətə

Soydular rəxtini o saət saət

Gəyrətin saxlayan üç kimsənədi

Heç kəs bilməz olar nə firişdədi

Həqdən inciyən olub gəlib alaydı

Verəydim canımı o saət saət

Can çıxanda mindirəllər səməndə

Bayquş tək sizlərə mən bu veranda

Hər nə ki yazır incil quranda

Oxullar üstündə o saət saət

İncilə bağlıyam həq divaınında salmaslı qul Hartun həq divanında

Çəkərlər günahımı həq divanında

Allah versin zindanə o saət saət

***********************************************************************

Həq təala yatdı cənnət içində

Özü öz əliynən dört putağı dört

Kəramət əylədi qalxdı əyağə

Göyüllü dünyanın dürt qırağı dört

Suyu təsnif ətdi sim fəday

Şöləsin görsətdş gün olan ayə

Bu nə kimsənədi gəldi dünyayə

Cəsəd bir baş iki dört qulağı dört

Adəm oğlu bilməz o nə təhərdi

Onun bir qətrəsi ləli govhərdi

İçin kimsə bilməz abə kovsərdi

Cənnət bağçasın dört bulağı dört

Cənnət bağçasının oxur bülbülü

Həq özü kərimdi unutmaz qulu

Əliyə bəxş ətdi verdi düldülü

Gəybdən nallandı dört dırnağı dört

Göydən yendirdilər o məlakələr

Mənim əhvalımı kimsə bilməz

İkisi yıxılsa ikisi qalar

Salmaslı Hartunun dörd otağı dörd

Bizdəmn salam olsun arif olana

O nəcə dəryadı ayağdı yeddi

Üşyüz altmış altı şəmdan içində

Yanar şülə verər çirağı yeddi

Neçəsin bənzərtdim o süləymanə

Neçəsin bənzərtdim ol qəhrəmanə

Neçə qurban gəldi yəqubi kənanə

Xətm oldu yussifin sədası yeddi

O dil nədi duymaq olmaz doyundan

Nə bülbüldı gileylidi xuyunnan

Nə bulağdı içmaq olmaz suyunnan

Hər dəm cuşa gələr əyağı yeddi

Neçəmin qələdi neçə min hasar

Neçə min  mələklə dəftərin yazar

Məscidi minbəri tamam laləzar

 O kimin təxtidi dayağı yeddi

Salmaslı Hartunam dədim yeddisin

 yeddi dal yeddi bağ yeddi yeddisin

yeddi çağ yeddi ağ yeddi yeddisin

 o nə dil dəyir dodağı yeddi

nə bəyladı xan təxtində xan duran

qədağandı qızıl yarə xəsaxəs

nə idi ki dolanırdı yunanı

nə idi ki çəkdi yarə xəsa xəs

iskəndər atlandı sədayə gəldi

gəydi al yaşılı sədayə gldi

nə idi ki həqdən sədayə gəldi

nə idi ki çəkdi yarə xəsa xəs

səy əylə inamı həqqi tanıyasan

ədalət, sən yətiş dadə barı sən

Aşiq Hartun dəyir sarı banısən

Hər səhər yad əylə yarı xəsa xəs

 

 

 

 

 

Qynaqlar:

Melikzade. Tohid. 2005. salmasın on  min illik tarixi. Tebriz

Melikzade, Tohid, 2006, Azerbaycanda ciloluq fecayei, Tebriz

Melikzade, T,. Abbasi,.k, Salmsalı qul Hartun, varlıq degisi , 2002

 



[1] B şerleri hörmetli dostum Kazım Abbasi ilə birlikde toplamışıq.

۹۴/۱۱/۰۷
توحید ملک زاده دیلمقانی