Yüz illərdir ki Azəraycanda müsəlmanlarla birlikdə xırıstıyanlar da yaşamaktalar. Bu xalqların yerli olub olmalarına dayir yüzlərcə məqalə və yazı yazılmışdır. Yerli olmadıqlarını hesab edən şəxslər bu adamların Azərbaycanın eşiyindən və baıqa ölkələrdeən daxilə gəlmələrini söyləyirlər. Azərbaycanlı hətta Türk əsilli olduqlarını duşunənlər yavaş yavaş onların kimliklərinı arşdırırlar.
Araşdırmalarımız göstərirə ki tarixi Azərbaycanın cənub hissəsində (indiki İran ) ərazisində yaşayan Türklərin bir çoxu Türk kökənli ancaq xırıstıyan Gregoryan inançlı Türkler olmuşdur. Bu tədqiqat həm elmi həmdə tarixi və ictimayi araşdırmalar nəticəsində ortaya çıxmışdır. İslamiyətdən qabaq xalqımızın bir qısmının xırıstıyan dininə inansa da yüz illər zərfində bu Gregoryan inanclı Türklər öz qonşu olduqlraı Erməni Gregoryanlarla qaynaşmaya başlayıp bəzən Erməniləşmişlər. Onların Erməniləşmələri 19 əsrin əvvəllərinə qədər yəni Azərbaycana Misyonerlərin dini təbliğ üçün gəlmələri zamana qədər dəvam ətti . Misyonərlərin çalışmaları nəticəsində Gregoryan Türklərin kimliği Erməni olarak dəğişdirili. Bu dəyişılməyə baxmayaraq asimilyə olmuş Türklərin əski Türk dəb və sünnətləri misal üçün Aşıq gələnəyi, şerlər, musiqi, yemək tərzləri, aralarında itib batmamaışdır ve bugün Azərbaycanin bər çox yerində bu ortaqliqlara rast gelmək mümkündür.
19. əsrin ən böyük şair və aşıqlarından birisi ələcədə Gərgoryan Türklərindən olan Salmnaslı qul Hartun olmuşdur. Onun salmasda hansı kənddə və hansı tarixdə anadan olması bəlli dəyil. O özünü salmaslı olaraq qəyd ədir:
Adım qul Hartun vətənim Salmas elimə vətənə xayin dəyiləm
Ama məzar daşının salmasın Sarna kəndində olması şairin bu kənddə anadan olub yaşamasına bir fakt olabilər. Bu gün xalq arası onu görən yaxud şerlərini bilən olmasada Azəbaycanın bütün şairləri xususilə batı Azərbaycan və urmiyə-Salmas məntəqəsi şair və aşıqları onun haqqında hikaylər və şerlər bilirlər. Bizim bu araşdırmamızda bu aşıqların sinələrində olan xatirələr və Qul Hartunun şerlərinin çox mühüm yeri olmuşdur.Qul Hartunun adında gələn qul kəliməsi Azərbaycan aşıq sistəmində çox görünən ləqblərdəndir.
Aşıqlar təsəvvüf irfandan asılı olaraq özlərini kşöşdmək və allah yanında mütəvazi qul kimi görünmək üçün öz lərini Qul. Xəstə, Pir, miskin və s. Adlayırmışlar.
Qul Hartunda Hurufilik izləri də əlimizə gələn şerlərində görünür:
Oxumuşam dörd kitabı ərəbi Türki Tatar yirmi səggiz hurufum var əzbərim dildə qatar
Qul Hartun həqiqi mənada arif idi. Onun zahiri dinlə heç əlaqəsi yoxuydu. Əlimizdə olan şerlərində Musəlman- şiəə inanclarına aid şerləri bu idaamızı təsdıq etməktədir. İsalm pəygəmbəri, HZ.Əli, Hz. Hüsəyn, kərbəla şəhidləri Hartunun şerlərində önəmli yer daşımaqdadır.
Hartunun salmas və ətraf kəndlərində həyat hikayələrindən bir az numunələr eldə var. Bu hikayələr Hartunun dünya görüşünü bəyan ətməktədir.
Şerlərində 65 il Salmasda aşıqlıq etməsi qəyd olub:
65 il eldə olmuşam aşıq indən bələ daha olanmam aşıq
Tar oldu gözümdən gördüğüm işiq
Kəsilib taqətdə dizlərim mənim
Çərxi fələk məni getdi zinharə
Göylümü gəminən çəkibdi darə
Salmaslı qul Hartun deyir öləndən sonra
qorxuram kəcə dönə sözlərim mənim.
Təxminən o 80 il yaşamış və məzar daşına istinadən o Salmasın Sarna kəndində bu dünyaya göz yummuşdu. Hartunun məzar daşında əlində saz olan bir adam həkk olmuşdur. Sazı isə dizə qoyulan salmasda Tanbıraya məşhəur olan bir sazdır. Bu məzarr daşları ölən adamların peşə işlərini izah edən simgələrdir.
Rəvayətlərə görə Hartun ölürkən cənazəsi üç gün yerlədə qalır. Musəlmanlar onu xırıstıyan, xırıstıyanlar isə onu musəlman olaraq həsab ədirdilər. Son olaraq xırıstıyanlar Hartunu xırıstıyan adətlərinə görə quylayırlar. Bu gün onun adamlarından yaxud tanış qohumlarından bir nəfər rast gəlməmişik. Bəlkə birinci dünya savaşı sırasında məntəqədə ciloluq dəyilən Erməni və Asorular tərəfindən müsəlmənların soyqırımı və xırıstıyanların məntəqedən qaçmaları və ya ölmələri Qul Hartunun xatirelerden çıxmasına səbəb olmuşdur.
İndi isə qul Hartunun şerləri[1]
Əlif allah yaradandı dünyanı
Yeddi təbəqəsi yanar suca tək
Bə bulut altından bir zəmin asman
Xe xudam də asmanda təkatək
Xe xudam xəlq edib səmadə al quşu
Bir də cim cəsəddə yoxdu tay tuşu
He həyatda beş yüz də onun yaşı
Dal ha dal vəxtində gəzər təkatək
Gecə gündüz mən eylərəm ha tərif
Sünniyə şiəyə kəbeye şərif
Rəy səndən kəçəcək bir neçə huruf
Qaf qadirdi hər zaman də təkatək
Hartun dəyir nə şirin sən ax vətən
Nələt çəkim çuğul çıxsın aradən
Yeri göyü ərşi kürşü yaradan
Tək allahdı hər zaman da təkatək
Dad fələk sənin əllərindən gözlərim qan ağladı
Mən ki qan ağlamazdım cismim də can ağladı
Bir tükənməz dərdə düşdüm heç bulunmaz çarələr
Aşkarda ata bilmədim sirri punhan ağladı
İbrahım qırdı bütləri özü yanmadı narə
Əyyub bir dərdə düşmüşdü luqman bulmadı çarə
Yəhya da keçdi sərindən zəkərya düşdü tora
İsa çəkildi çarmixa Ermənistan ağladı
Qom xəlqi yığışdılar həqqi dildən saldılar
Əhli küfə bi həyalər imam üstə gəldilər
Yətmiş iki şühəda cümlə şəhid oldular
Kəsildi Hüsəynin başı ərşi asman ağladı
Yüz yirmi dört min peygəmbər beşi, ololəzmdi
Pəygəmbəri axirəzzaman o bizə şəfaətdi
Qurulub ərəsate məhşər deyirlər qiyamətdi
Beçara salmaslı Hartun etdi dastan ağladı
Naşı bağban bağa vardın barıynan işin nədi
Almasın dər heyvasın dər narıynan işin nədi
Şeyda bülbül cəh cəh vurar qızıl gül eşqinə
Sən ki gül alan dəyilsən xarıynan işin nədi
Bir bağa girəbilməsən girib seyran eyləmə
Bir gülü dərə bülməsən dərib xəndan eyləmə
Bir gözəli alanmasan sevib həyran eyləmə
Sən ki yar alan dəyilsən yarınnan işin nə di
Bir məclisə getməginən orada dura bilməsən
Bir göylü yıxmagınan yıxıb hörə bilməsən
Uzun dil qıssa olar cəvab verə bilməsən
Yoxsulsan alçaqdan yeri varıynan işin nədi
Salmaslı Qul Hartun dəyir yazılar gəldi başa
İçdim pir əlindən qəynədim gəldim coşa
Sən zorun sınamamışdan yapışma ağır daşa
Sən ki avsunkar dəyilsən marıynan işin nədi
Bir ağac ki kamil olsa ibtida kökdən qurur
Qənim oğlan nəzər salsa suyu qudrətdən yerir
Şükr olsun xudayə quru ağac bar verir
Meyvəsi insan üçün dı kala mehmanəm bu gün
Dörd kitabı bir bilənlər sidqiylə həqqi tapar
Zərrəcə ağlı olanlar arıdan mərfət tapar
Arı yığar min çiçəyi onnan məcun yapar
Mumu şamdanda yanan bala heyranəm bugün
Bu nəcə bülbüldü gəlir cəm cəsəd yarədi
Bu dünyanın dostları qəlbi qarədi
Leylidən xəbər aldılar məcnun çox biçarədi
Yarın üzünə baxanda xala heyranəm bu gün
Ol biçarə aşıq hartn ah çəkər nalə təpər
Kimisi suyun qızdırar kimisi sidrin tökər
Uyma çox dünya malinə üç beş arşın bez yetər
Sərin torpağa varanda sala mehmanəm bu gün
Xudam bəndəsinə kəmal verəndə
Nedən bəz adam az aldı getdi
Ustad məhzərinə talib olanlar
İrfan məclisindən söz aldı getdi
Səndən açılar cənnətin dəri
Oynamaqdır gözəllərin hünəri
Cəmalın görsətdi Səlatin pəri
Hüsnün zəkatından göz aldı getdi
Adam vardı bu dünyayə gəlibdi
Adam vardı kökü qazıldı getdi
Payız əzizlərində pozulu bağlar
Köç oley yaylaqlar var oley bağlar
Salmaslı qul Hartun ha deyib ağlar
Çadırın tənabı pozuldu getdi
Göydən iki mələk yendi biri dilli biri lal
Dillinin cəvabını verdim lala bilməm neyləyim
Biri canə qəsd eylədi biri malım istədi
Malımı təqdim eylədim canı bilməm neylayim
Gəvvas olub dərin dərin dəryalərə dalmadım
Saralıban heyva kimi bir ürəkdən solmadım
Mən bir naşı sərraf idim ləl qədrin bilmədim
Ləli verdim bir nadana alabilməm nəyləyim
ey ilahi gedən yoxdu namə yazım dostuma
Gəcə gündüz sər rəqiblər girib canım qəsdimə
Qussə mənim məndə sazı alıb sinəm üstünə
Ürəyimi qəm bağladı çala bilməm neyləyim
Gəl bəçara aşıq Hartun nə gəzirsən Təbrizi
Qismət olsa el bağında dərərsən gülü nərgizi
İlahidən əmr olunay gələr ömrüm qəbizi
Allaha bir can boşluyam qala bilməm neyləyim
*************************************************************
Adəmdən irəli Nuhdan bəri
Neçə əyyam neçə illər itibdi
Neçə pəygəmbərlər neçə əvliya
Musa kimi İmran dillər itibdi
Hanı Davud oğlu Yusifi Suləyman
Getdi qəhrəmanlar boş qaldı məydan
Məşələr əslanı şirə kərgedən
Rustəm ocağından zallar itibdi
Hanı yəqub oğlu məhbubə səlatin
Aya günə bənzər yusif sifətin
Dəmir tək yətdi
Öz hükümətin
Nadir kimi qəhrəmanlar itibdi
Salmaslı qul Hartun dərin boylama
Dayazda durgunan dərin boylama
Fələyin çərxiynən şərti bağlama
Sənnən də yadə bunalra da düşdü
Əlimin dəryasinən üzüb çıxmışam
Dayazıyam hələ dərin dərin dəyiləm
Ustad həvəngində mən döyülmüşəm
İrisiyəm hələ narın dəyiləm
Ağam badə verib mən də doluyam
Ustadların sağıyam həm soluyam
Şairlərin qulamıyam quluyam
Ayağıyamhələ səri dəyiləm
İriyəm iriy nən düzəm düzünən
Kirpiyəm qaş altda gözüm gözünnən
Vurmamışam vurulmaram sözünənə
Acıyam acıya şirin dəyiləm
Bazarım kəsaddı mətaım almas
Gubarlı göylümü nəcə tutub pas
Adım qul Hartun vətənim salmas
Əlimə vətənə xayin dəyiləm
Bu çərxi dövrandı ha gəlib gəçər
Bir dən yoxsul birdən bar olur göylüm
Bir dən göz əvində dünya dar olur
Gəm möhnət çulquyub dar olur göylüm
Dəm göyüllü lalədi güllə açılı
Dəm saət dəmin xəyallar gəçiri
Dəm göylüm şüşədi sınar puç oldəm ahozar əylə tar olar göylüm
Dəm qocaldım
Qəd dalım bükülü
Ax didəm yaşı ömrüm söküldü
Dəm əl gəldi məylimə su töküldü
qul Hartun üstündə dar olur göylüm
gəl dəli göylüm sızıldar canın sənin
özün yətir bir luqmanə bilsin dərmanın sənin
gədiş vurar qərar tutmaz çərxi dovranın sənin
omran dilin bəndə düşər bilməz dəhanın sənin
tavşır həqqin əmanətin cəsəddə canın sənin
oxumuşam dört kitabı ərəbi ,türki, tatar
yirmi səggiz hurufum var əzbərim dillərdə qatar
pənahımsan pərverdigarım əsrarım eyləmə sətar
cəhənəmin narından əziz bəndəyin qurtar
yətmiş iki millətim var tutar damənin sənin
sən ki məni xəlq əylədin gözüm yaşı axınır
şəmsi qəmər ərş üzündə bir birinə toxunur
zülmət nurə qalib oldu şəbi tarə yaxınır
göndəribsən dörd kitabı əl içində oxunur
dil cəvabı ərz əylərəm İncil Quranısənin
uyma şəytanın fəlinə babal gəlib qalana
kimlər dəyir kimlər gülər gedib sallanar
yətişəllər həsabına nalən ərşə dayanar
bir gün olar sur çalınar külli məxluq oyanar
gəçərsən polə sıratdən olsa əmalın sənin
əvvəl həqqin dərgahında şəytan oldu şErməndə
sidqi dildən çağıranlar heç vaxt olmaz dərmandə
həqqin min bir adı vardır gəcə- gündüz dillərdə
yığılar küllə məxluqat sual oldu məhşərdə
gəl bəçara aşıq Hartun nəcə olub halin sənin
Bahar fəsli bu gülşanə gələndə
Şəyda bülbül nalə çəkər şəş ha şəş
Ərş üzündə şölə çəkir mahtab
Əlif üstdə bə yazılmış şəş ha şəş
Bəhəşdin qapısın bənzərtdin yazə
Tülək tərlan aşıq olubdur sazə
Bir insan sidqinən dursa namazə
Axır alar mətləbin şəş ha şəş
Allahdan istədiğın movladan diə
Xəlq ədib yaradıb özü şəş ha şəş
Hartun dəyir işim aho zar old
Dərd əlindən qərə bağrım yarıldı
Kəfənim biçildi qəbrim qazıldı
Düöman gülər dostlar ağlar Şəş ha şəş
Əlif allah bə bünyadı qılanda
Yaratdı Dünyanı o saət saət
Göylündə bir fikir xəyal əylədi
Xəlq ətdi adəmi o saət saət
Adam varid oldu orda cənnətə
Bir gilə azdilər atdı zülmətə
Günahkar söylədi ta qiyamətə
Soydular rəxtini o saət saət
Gəyrətin saxlayan üç kimsənədi
Heç kəs bilməz olar nə firişdədi
Həqdən inciyən olub gəlib alaydı
Verəydim canımı o saət saət
Can çıxanda mindirəllər səməndə
Bayquş tək sizlərə mən bu veranda
Hər nə ki yazır incil quranda
Oxullar üstündə o saət saət
İncilə bağlıyam həq divaınında salmaslı qul Hartun həq divanında
Çəkərlər günahımı həq divanında
Allah versin zindanə o saət saət
***********************************************************************
Həq təala yatdı cənnət içində
Özü öz əliynən dört putağı dört
Kəramət əylədi qalxdı əyağə
Göyüllü dünyanın dürt qırağı dört
Suyu təsnif ətdi sim fəday
Şöləsin görsətdş gün olan ayə
Bu nə kimsənədi gəldi dünyayə
Cəsəd bir baş iki dört qulağı dört
Adəm oğlu bilməz o nə təhərdi
Onun bir qətrəsi ləli govhərdi
İçin kimsə bilməz abə kovsərdi
Cənnət bağçasın dört bulağı dört
Cənnət bağçasının oxur bülbülü
Həq özü kərimdi unutmaz qulu
Əliyə bəxş ətdi verdi düldülü
Gəybdən nallandı dört dırnağı dört
Göydən yendirdilər o məlakələr
Mənim əhvalımı kimsə bilməz
İkisi yıxılsa ikisi qalar
Salmaslı Hartunun dörd otağı dörd
Bizdəmn salam olsun arif olana
O nəcə dəryadı ayağdı yeddi
Üşyüz altmış altı şəmdan içində
Yanar şülə verər çirağı yeddi
Neçəsin bənzərtdim o süləymanə
Neçəsin bənzərtdim ol qəhrəmanə
Neçə qurban gəldi yəqubi kənanə
Xətm oldu yussifin sədası yeddi
O dil nədi duymaq olmaz doyundan
Nə bülbüldı gileylidi xuyunnan
Nə bulağdı içmaq olmaz suyunnan
Hər dəm cuşa gələr əyağı yeddi
Neçəmin qələdi neçə min hasar
Neçə min mələklə dəftərin yazar
Məscidi minbəri tamam laləzar
O kimin təxtidi dayağı yeddi
Salmaslı Hartunam dədim yeddisin
yeddi dal yeddi bağ yeddi yeddisin
yeddi çağ yeddi ağ yeddi yeddisin
o nə dil dəyir dodağı yeddi
nə bəyladı xan təxtində xan duran
qədağandı qızıl yarə xəsaxəs
nə idi ki dolanırdı yunanı
nə idi ki çəkdi yarə xəsa xəs
iskəndər atlandı sədayə gəldi
gəydi al yaşılı sədayə gldi
nə idi ki həqdən sədayə gəldi
nə idi ki çəkdi yarə xəsa xəs
səy əylə inamı həqqi tanıyasan
ədalət, sən yətiş dadə barı sən
Aşiq Hartun dəyir sarı banısən
Hər səhər yad əylə yarı xəsa xəs
Qynaqlar:
Melikzade. Tohid. 2005. salmasın on min illik tarixi. Tebriz
Melikzade, Tohid, 2006, Azerbaycanda ciloluq fecayei, Tebriz
Melikzade, T,. Abbasi,.k, Salmsalı qul Hartun, varlıq degisi , 2002
[1] B şerleri hörmetli dostum Kazım Abbasi ilə birlikde toplamışıq.